Vaşinqton Yaponiyadan Rusiya neftini almağı dayandıracağını gözləyir
Vaşinqton Tokionun Rusiyadan neft almağı dayandırmasını gözləyir.
APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent yaponiyalı həmkarı Katsunobu Kato ilə görüşü zamanı deyib.
"Nazir Kato ilə mən ABŞ-Yaponiya iqtisadi əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə etdik. Həmçinin administrasiyanın Yaponiyanın Rusiyadan enerji idxalını dayandıracağına dair gözləntilərini müzakirə etdik", - Bessent deyib.
Bessent əlavə edib ki, o, yaponiyalı həmkarı ilə investisiyaları da müzakirə edib.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: