Müdafiə Nazirliyinin sanatoriyasının rəisi saxlanılıb - YENİLƏNİB
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.
İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
***
Müdafiə Nazirliyinin Sanatoriyasının rəisi saxlanılıb.
Bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Mayor İlham Haqverdiyev korrupsiya ittihamı ilə saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət işi açılıb.
Press-fakt