"Qarşımızda Türkiyə var" deyib, yeni müharibənin yerini göstərdi
İsrailin Channel 7 televiziyasına müsahibə verən istefada olan israilli general Gershon Hacohen Yaxın Şərqdə yeni təhlükəsizlik dövrünün başladığını bildirərək, bu prosesi “ Qüds uğrunda döyüş ” kimi xarakterizə edib.
Press-fakt xəbər verir ki, Hacohen Türkiyənin bölgədəki təsirini xüsusi olaraq vurğulayaraq, "Yeni bir müharibəyə, Qüds Döyüşünə doğru gedirik. Türkiyə ilə qarşı-qarşıyayıq. Bu, təhlükələrini tanımalı olduğumuz ekzistensial bir müharibədir" dedi.
Hacohen prezident Rəcəb Tayyib Ərdoğanın Şərqi Qüdslə bağlı qətiyyətli mövqeyinə işarə edərək, "Onlar üçün Dəməşq əslində Qüdsə gedən bir pillədir" dedi. İsrailli generalın fikrincə, Ankaranın bölgədəki təsiri İsrailin təhlükəsizlik strategiyalarını birbaşa dəyişdirir. Hacohen, Türkiyənin təkcə Suriyada deyil, həm də Qüds və İordan çayının qərb sahili arasındakı strateji tarazlığa təsir etdiyini müdafiə etdi. O bildirib ki, Ankaranın hərbi və diplomatik addımları onun regionda “oyun qurucusu” kimi mövqeyini möhkəmləndirib.