Deputatlar arasında söz savaşı: "Ramiz Mehdiyevdən bir cümlə deyib..."

"Xalqımızı dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edirəm. Burdan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.
Press-fakt xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.
Spiker Sahibə Qafarova söyləyib ki, çıxışlarda bəzi nöqsanlar olur: "Burda olan çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni danışacam”.
Söz alan deputat Tənzilə Rüstəmxanlı Siyavuş Novruzova sərt reaksiaya verərək deyib ki, deputat həmkarım məni saxtakarlqıda ittiham etdi: “Buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi.
7 mart 1991-ci ildə müstəqilliyin bərpa olunması referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin təmsil olunması ilə əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Məni yalnış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim. "Çox istərdim ki, o dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazardı".
Spiker Sahibə Qafarova bir daha müdaxilə edərək bildirib: "Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacam".
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: