Bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib
Azərbaycanda bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirilib.
Məlumata görə, keçmiş illərdən bağlı qalan 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilən şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90 %-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22 min 268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş verən xırda talama faktlarının 87,7 %-i açılıb.
Press-fakt
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: