“Tariximiz bizə deyir: mənim səhvlərimi təkrarlamayın”- Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin gələcək inkişafı yalnız tarixin dərslərindən nəticə çıxarmaqla mümkündür.
Paşinyan sosial media hesabında paylaşdığı müraciətdə bildirib ki, Ermənistan xalqı öz tarixini oxumalı, öyrənməli və təhlil etməlidir. Əks halda, keçmişdəki səhvlərin təkrarlanması qaçılmaz olacaq: “Bizim tariximiz bizə belə deyir: mənim səhvlərimi təkrarlamayın. Bunun üçün biz oxumalı, öyrənməli və tariximizi dərinliklə araşdırmalıyıq.”
Paşinyanın sözlərinə görə, Ermənistan yalnız öz tarixi səhvlərini dərk edib onlardan nəticə çıxarmaqla milli kimliyini və dövlətçiliyini möhkəmləndirə bilər.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: