Noyabrın 8-də Bakıda hərbi parad, Zəfər konserti və atəşfəşanlıq olacaq
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.
Press-fakt xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qullləsinin yanında bayram konserti baş tutacaq.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq
Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb
Oxunub: 13
Xəbəri paylaş
Paylaş:





















