Rusiyadan yeni hədə: NÜVƏYƏ BƏRABƏR SİLAHI İŞƏ SALACAĞIQ!- Məşhur hərbi ekspert

Rusiyanın məşhur hərbi ekspertlərindən olan Yuri Knutov Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
Hakimiyyətə yaxınlığı ilə seçilən ekspert Aif.ru-ya bildirib ki, əgər Rusiya öz ərazisinə "Tomahawk" raketindən zərbələrin endirildiyini görsə, Kreml buna tamamilə yeni silahlarla, nüvə silahları qədər güclü ola biləcək sursatlarla cavab verəcək.
O qeyd edib ki, ölkəsi yeni silahlarla cavab atəşinə hazırdır: "Bizdə insanların hələ bilmədiyi müxtəlif sistemlər hazırlanır və təkmilləşdirilir".
Ekspert son günlərin gündəminə çevrilmiş "Tomahawk" raketlərinin işə düşəcəyi ilə bağlı hədələrə sərt reaksiya veriləcəyini bildirib. Belə olan halda ruslar nüvə silahlarına bərabər tutulan dağıdıcı gücə malik silahlardan danışacaqlar. O qeyd edib ki, adı açıqlanmayan silah nüvə gücündə olsa da, onun atom partlayışı kimi mənfi nəticələri olmayacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 23-də diqqət çəkən açıqlamalar vermişdi. O bildirib ki, Ukrayna Avropa ölkələrindən "Tomahawk" raketləri almağa çalışır.
Press-fakt





















