Netanyahu ABŞ-ın BƏƏ-yə silah satışına qarışmayacaq
İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ABŞ-dan çoxlu miqdarda silah dəsti gəlməsinə qarşı çıxmayacaq.
“The New York Times” qəzeti xəbər verir ki, bu İsrailin BƏƏ ilə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılaşmalar çərçivəsində baş verib.
Bildirilib ki, keçən həftə ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşdən sonra Netanyahu açıq şəkildə müqaviləyə qarşı çıxmağı dayandırıb.
Söhbət ABŞ-ın “EA-18G Growler” elektron döyüş təyyarələri, beşinci nəsil “F-35” qırıcıları və “MQ-9 Reaper” pilotsuz təyyarələri BƏƏ-yə satmasından gedir.
Oxunub: 446
Xəbəri paylaş
Paylaş: