Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Dövlət Xidmətindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ
  • "Müharibədən sonra Ermənistan iqtisadiyyatı faciəli vəziyyətdədir"- Nikol Paşinyan
  • GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR?- Vergi, gömrük və cərimə proqnozları artırıldı /RƏQƏMLƏR
  • VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ”, KASIBLAR ÜÇÜN “CƏRİMƏ İQTİSADİYYATI”- Niyə Azərbaycanda varlı təbəqəyə vergi tətbiq olunmur?
  • Dövlət Vergi Xidməti sahibkarlara müraciət etdi
  • “HARDA QIRILAR, QIRILAR” İQTİSADİYYATI...- Aqrar sektorun hər tərəfində bir Ramiz Mehdiyev oturub?

    • Tarix: 27-10-2025, 15:00

    Təəssüf ki, uzun illərdir Azərbaycanda mövcud olan iqtisadi sistemi bazar iqtisadiyyatından başqa hər cür adlandırmaq olar – “resurs iqtisadiyyatı”, “cərimə iqtisadiyyatı”, “məmur-oliqarx iqtisadiyyatı”, yaxud “başlı başısını saxlasın iqtisadiyyatı”, “harda qırılar-qırılar iqtisadiyyatı” və sair.

    Son günlər ən çox müzakirə olunan mövzular fiziki şəxslər üçün gəlir vergisi güzəştlərinin ləğvi, işləməyən vətəndaşların tibbi sığortadan məhrum edilməsi (yalnız 192 manat ödədikləri halda sığortalana biləcəklər), büdcədə cərimə proqnozlarının artırılması, mikrosahibkarların imtiyazlı vergi rejimindən, kiçik biznes subyektlərinin 5%-lik gəlir vergisi ödəmək imkanından məhrum edilməsi və bu qəbildən olan digər məsələlərdir ki, bunların da hamısı əhalinin sosial durumunda, gəlirlərində özünü mütləq mənfi mənada büruzə verəcək…

    Gələn ilin büdcəsinin əhali üçün “kəmər sıxmaq” prinsipi üzərində qurulduğu barədə artıq çox deyilib. Lakin bir qədər də irəliyə baxanda, iqtisadiyyata baxışda ciddi, köklü dəyişikliklər edilməsə, bu prosesin sonrakı illərə də aid olacağı, vəziyyətin getdikcə pisləşəcəyi ehtimalı olduqca real görünür. Ölkəmizdə neft hasilatının, dünya bazarında isə neft qiymətlərinin düşməsilə gəlirlərimizin azalması indiyə qədər uzun illərdir aparılan sınıq-salxaq iqtisadi siyasətə yeni baxış - inhisarçılığı aradan qaldırmaq, daxili iqtisadi azadlıqları artırmaq, vergi güzəştlərilə, dövlət dəstəyilə kiçik biznes üçün şərait yaratmaq, yoxlamaları, cərimələri minimuma endirmək, bank vəsaitlərini və faiz dərəcələrini əlçatan etmək və sair bu kimi addımlar tələb edərkən, hökumətin şanlı iqtisadi komandası bütün bunların tam əksini etməklə məşğuldur.

    Hökumətin iqtisadi blokunun apardığı siyasətin yarıtmazlığının ən aydın nümunələrindən biri kimi, Azərbaycanın uzun illər yaşadığı neft bumuna, böyük neft gəlirlərinə baxmayaraq, hələ də xaricə hazır neft məhsulları deyil, xam neft satmağımızdır. Avropaya xam neft ixrac edirik və elə həmin Avropadan da həmin neftin emalı nəticəsi olan məhsulları - yanacaq, sürtgü materialları, yağlar və s. xeyli baha qiymətə idxal edirik, alırıq.


    Neft strategiyası xam neft ixracına deyil, bilavasitə neft emalına və bunun nəticəsi olaraq neft məhsullarının daxili ehtiyacların ödənilməsinə və ixracına yönləndirilməli olduğu halda, biz köhnə, kustar neft strategiyası aparırıq və sadəcə, xam neft satırıq. Hazırda dünyada istehlak edilən məhsulların böyük hissəsi sintetik məhsullar başda olmaqla, əsasən neft mənşəlidir. Ancaq bizdə neft emalı hələ də axsadığı üçün böyük potensialı olan bu sahədən qazana bilcəyimiz böyük gəlirləri itiririk. Əvəzində, artıq gələn ilin əvvəlində ölkəmizdə beniznin və dizelin də bahalaşacağı qaçılmaz görünür…

    2026-cı ilin büdcəsində vergi yığımının büdcənin 40 %-ni təşkil etməsi planlasdirilir. Büdcənin 33%- isə Neft Fondundan transfer ediləcək. Bunlar heç də “analoqsuz iqtisadi inkişafın” göğstəricisi deyil.

    Ən utandırıcı məqamlardan biri isə budur ki, büdcənin 2.5 %-i cərimələrdən formalaşacaq. Bu, olduqca böyük və biabırçı rəqəmdir. Yəni, büdcəyə girəcək hər 40 manatdan biri cərimə olacaq. Bu, bizim kimi əhalisinin sosial durumu heç də yaxşı olmayan, 200 dollardan bir qədər artıq minimum əmək haqqısı və 200 dollardan da az minimum pensiyası olan ölkə üçün olduqca çoxdur.


    Nəhayət, bir neft ölkəsinin öz büdcəsinin 2.5 faizini cərimələrdən toplaması hökumətin cərimələrin ümidinə qalması deməkdir və ayıbdır…

    İqtisadçılar Azərbaycandakı biznes mühitini, vergi dərəcələri və digər qurumların biznesə təsirini Gürcüstanla müqayisə etməkdən yorulublar. Lakin hökumətin strateji düşüncəsi iqtisadiyyata mühasib baxışından uzağa getməyən iqtisadi komandası ətrafa, dünyaya baxmaq əvəzinə öz “ayağının altından”, yaxud “burnunun ucundan” o yana baxmaq həvəsində görünmür. Məsələn, Gürcüstanda illik dövriyyəsi 500 min laridən (təxminən 310 min manat) az olan kiçik sahibkarlar dövriyyəsinin cəmi 1%-i məbləğində sadələşmiş vergi ödəyirlər. Hələ digər vergi güzəştlərini və sahibkarıq üçün yaradılan imtiyazları demirik. Məhz həm də bu imtiyazların və ümumilikdə iqtisadiyyata daha müasir və strateji baxışın nəticəsində heç bir enerji daşıyıcısı qaynağı olmayan bu ölkə turizm də daxil olmaqla, bir çox sahələrdə böyük irəliləyiş əldə edib və hazırda adamabaşına düşən ÜDM və iqtisadi artım tempinə görə Azərbaycanı xeyli üstələyir.

    Ümumiyyətlə, neft ölkəsi olan zəngin Azərbaycanın Cənubi Qafqazda adambaşına düşən ÜDM, iqtisadi artım sürəti və digər makroiqtisadi göstəricilərə görə Gürcüstan və hətta Ermənistandan da geridə qalması yumşaq desək, biabırçılıqdır…


    Azərbaycanda 200 min manatadək dövriyyəsi olan kiçik sahibkarlar üçün faiz dərəcəsi Gürcüstandakından iki dəfə artıqdır – 2 faiz. Olsun. Amma məsələ ondadır ki, hökumət hələ devalvasiyalardan əvvəl təyin olunmuş bu 200 min manat limitini də heç cür artırmaq istəmir ki, istəmir. Məcbur edir ki, kiçik sahibkar ya 200 min manat limitini keçdiyi üçün 18 faizlik ƏDV ödəyicisinə çevrilsin, ödəyəcəyi vergilər, verəcəyi hesabtlar və bununla bağlı digər xərcləri artsın, ya da real dövriyyəsini gizlətsin ki, ƏDV ödəyicisinə çevrilməsin. Bununla da hökumətin iqtisadi bloku sanki özü bilə-bilə sahibkarı “əliəyriliyə” məcbur edir, “kölgə iqtisadiyyatı”, saxta hesabatlar üçün şərait yaradır.

    Üstəlik, AQTA kimi qurumların cərimələrə və yüksək “xidmət haqlarına” əsaslanan yarıtmaz və yaramaz fəaliyyəti də bir yandan kiçik sahibkarların belinə ağır yük olub. Xüsuilə də ilin sonu yaxınlaşanda sahibkarın qara günləri daha da çoxalır. Bu vaxtlar sahibkara uzaqdan-yaxından “ilişə bilən” bütün qurumlar daraşırlar onun canına ki, planı doldursunlar.


    Son günlər ət mağazalarına qarşı səlib yürüşünü xatırladan AQTA “reydləri”, yazılan böyük cərimələr və s. sadəcə, sahibkarı soymaqdan və bunun hesabına öz kassasını doldurmaqdan başqa heç nəyə xidmət etmir. Əgər AQTA doğrudan da ərzaq sektorunda, xüsusilə də ət bazarında normal qayda-qanun yaratmaqda maraqlı olsaydı, yarandığı 2017-ci il 13 noyabr günündən ötən 8 il ərzində bunu çoxdan etmişdi. Lakin bunu etsəydi, bu gün cərimələyəcəyi, incidəcəyi, rəzil günə salacağı və bunun hesabına cibini dolduracağı kimsə qalmayacaqdı. Əgər desək ki, ətin bugünkü bahalşmasında AQTA-nın acgöz rəhbərliyinin də xüsusi rolu və marağı var, inanın ki, yanılmarıq…

    Ümumiyyətlə, bu mənzərəyə görə, sanki iqtisadi sektorun hər istiqamətinin başında bir Ramiz Mehdiyev oturub, hərə bir tərəfdən sahibkarlığın, biznes mühitinin kökünü “baltalayır”. Sanki “harda qırılar, qırılar” deyirlər və hər şey ona hesablanıb ki, bu soyğunçuluq nəticəsində bir gün sahibkarda, vətəndaşda vergi və cərimə ödəməyə də pul qalmasın…

    Elxan Qüdrətoğlu


    Oxunub: 84
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.