Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
Səbail Rayon Məhkəməsi keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edib.
Bu barədə vəkil Zibeydə Sadıqova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rahim Qazıyev evə buraxılıb.
Xatırladaq ki, 13 iyul tarixində Rahim Qazıyev Azərbaycan Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Oxunub: 454
Xəbəri paylaş
Paylaş: