Prezident dörd səfiri və baş konsulu GERİ ÇAĞIRDI - YENİ TƏYİNATLAR /YENİLƏNİB

Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərindəAzərbaycan Respublikasının baş konsulu təyin edilib.
***
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O digər bir sərəncamla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Digər bir sərəncamla Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin daha bir sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Press-fakt xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O digər bir sərəncamla Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



















