Britaniyadan Türkiyəyə jest: 3 "Eurofighter" verildi - FOTO

Böyük Britaniyanın baş naziri Kir Starmer Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaranın uzun müddətdir arzuladığı 3 ədəd "Eurofighter Typhoon" döyüş təyyarəsini də gətirib.
Press-fakt xəbər verir ki, səfər çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmer və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Kral Hava Qüvvələrinə məxsus 3 “Eurofighter Typhoon” döyüş təyyarəsinin yerləşdiyi əraziyə gediblər.
“Eurofighter Typhoon” təyyarəsini yoxladıqdan sonra baş nazir Starmer İngiltərə Müdafiə Naziri Con Healey və Britaniya Hərbi Hava Qüvvələri komandanı general Harv Smitin müşayiəti ilə pilotlar və texniki heyətlə qısa söhbət edib.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşün yekunu olaraq tərəflər "Eurofighter Typhonn” döyüş təyyarələrinin tədarükü ilə bağlı müqavilə imzalanıb.
Xatırladaq ki, Türkiyə Böyük Britaniya, Qətər və Omandan 44 "Eurofighter" alacaq.





















