Baltikyanı ölkələrin şirkətləri RUSİYA TANKERLƏRİNİ DOLDURUR - Litva mətbuatı faktları üzə çıxardı
Litva Milli Radio və Televiziya Şurasının apardığı araşdırmaya görə, Latviya, Litva və Estoniya şirkətləri Rusiyaya məxsus “gizli” tankerlərəneft doldurma əməliyyatlarını həyata keçirir. Bu əməliyyatla tankerlər beynəlxalq sanksiyalardan yayınır.
Məlumata görə, 2024-cü ilin iyunundan 2025-ci ilin martına qədər “Rina” və “Zirkon” adlı banker şirkətlərinə məxsus gəmilər 177 tankeri doldurub. Bu tankerlərin ən azı 159-u Rusiya limanlarına banker əməliyyatından dərhal əvvəl və ya sonra daxil olub.
Araşdırma göstərir ki, müştərilər arasında daha sonra Avropa İttifaqı, Böyük Britaniya və ABŞ tərəfindən sanksiya siyahısına daxil edilən tankerlər, eləcə də “gizli” flota aid gəmilər olub.
Rəsmi olaraq, bənker şirkətlərin fəaliyyəti Avropa qanunlarını pozmur – çünki artıq sanksiya altında olan gəmilərə xidmət göstərilməyib. Lakin Litva rəsmiləri bu fəaliyyətin sanksiya rejiminin effektivliyi üçün təhlükə yaratdığını bildirirlər.
Ekspertlər qeyd edirlər ki, Baltikyanı ölkələrdəki bu şəbəkə Rusiya neftinin beynəlxalq bazarlara çıxışını asanlaşdırır və sanksiyaların təsirini zəiflədə bilər.
Press-fakt





















