Rusiya Qazaxstan sərhədində görünməmiş tıxac - Minlərlə rus maşını ölkəyə buraxılmır
Rusiya iş adamları və logistika şirkətləri Qazaxstan sərhədində gömrük yoxlamaları səbəbindən böyük problemlərlə üzləşib.
Yerli informasiya mənbələri bildirir ki, 10 mindən çox yük maşını artıq ikinci ay sərhəddə dayanıb.
Problemin əsas səbəbi malların sənədlərlə uyğun gəlməməsidir. Məsələn, maşınlarda qış gödəkçələri olsa da, sənədlərdə avtomobil ehtiyat hissələri göstərilib. Uyğunsuzluq aşkarlandıqda, mallar müvəqqəti anbarlara geri göndərilir və yalnız düzgün sənədlərlə və markalanma olduqda sərhədi keçə bilir.
Bu vəziyyət iş adamları və alıcılar üçün mövsümi tədarüklərin itirilməsinə səbəb olub. Hazırda bir sıra logistika şirkətlər alternativ marşrutlar üzərində işləyir, məsələn, malları Ussuriysk və Belarus istiqamətlərindən nəql etməyə başlayıblar.
Ekspertlər bildirirlər ki, bu tıxaclar Rusiya-Qazaxstan ticarətinə və regional tədarük zəncirinə xüsusilə mövsümi məhsulların satışı zamanı mənfi təsir göstərir./azpolitika





















