"ABŞ dünya tarixində ən güclü və ƏN QÜDRƏTLİ ORDUYA MALİKDİR - Tramp
ABŞ ordusu dünya tarixində ən güclü və ən qüdrətli ordusudur.
Bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyadakı Amerika hərbi bazasında çıxışı zamanı bəyan edib.
"Amerika Birləşmiş Ştatları dünya tarixində ən güclü və ən qüdrətli orduya malikdir. Heç bir ordu bizimki kimi deyil, hətta yaxın da deyil. Heç kimin bizim silahlarımız kimi silahları yoxdur və biz həmişəkindən daha güclü və daha qüdrətli olacağıq", - deyə Tramp vurğulayıb.
Oxunub: 16
Xəbəri paylaş
Paylaş:





















