Astarada hamilə gəlin TOYUNDAN BİR GÜN SONRA ÖLDÜ
Astara hamilə qadın toyundan bir gün sonra ölüb.
Hadisə rayonun Deqədi kəndində baş verib.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, gəlin köçən Ə.İmanovun hələ 18 yaşı tamam olmayıb və hamilə olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./"Report"

Oxunub: 16
Xəbəri paylaş
Paylaş:






















