“Qarabağ”-“Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir? VİP - 1000 AZN!
Bu gündən etibarən futbol azarkeşləri Çempionlar Liqasında “Qarabağ” və “Çelsi” komandaları arasında keçiriləcək qarşılaşmanın biletlərini əldə edə bilərlər.
Satış saat 15:00-da başlayacaq. Biletlərin qiymətləri sektor və yerə görə dəyişir - 10 manatdan 1000 manatadək.
Biletləri iticket.az saytından və mobil tətbiqindən onlayn şəkildə, həmçinin “Qarabağ” klubunun fan-şopundan (Park Bulvar Ticarət Mərkəzi) və stadion kassalarından almaq mümkündür.
Qeyd edək ki, qarşılaşma 5 noyabrda, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş:





















