Erməni keşişin intim videoları ilə bağlı qərar veriləcək
Ermənistanın İstintaq Komitəsi “Aydın vətəndaşların birliyi” təşkilatı tərəfindən təqdim edilən, Eçmiədzin ana kilsəsinin diplomatik idarə rəisi, arxiyepiskop Arşak Xaçatryana aid intim video ilə bağlı cinayət məlumatını qəbul edib.
İstintaq Komitəsindən bildirilib ki, material müvafiq istintaqçıya təhkim edildikdən sonra 24 saat ərzində cinayət işinin açılıb-açılmaması barədə qərar veriləcək.
Qeyd olunur ki, Baş Prokurorluq arxiyepiskop Arşaka aid olduğu iddia edilən video ilə bağlı məlumatı İstintaq Komitəsinə göndərib.
Xatırladaq ki, “Aydın vətəndaşların birliyi” oktyabrın 25-də sözügedən intim videonun yayılması faktı üzrə Baş Prokurorluğa cinayət məlumatı təqdim etmişdi. Lakin yalnız dörd gün sonra bu material İstintaq Komitəsinə göndərilib.
Press-fakt





















