Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
“Regional əlaqənin bərpası o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün faydalana biləcək. Bu, bölgəmizdən yeni beynəlxalq tranzit marşrutlarının açılması deməkdir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsindən danışarkən deyib.
Onun fikrincə, hazırda dünya təchizat zənciri böhranı yaşayır və bu layihə beynəlxalq ticarət, həmçinin bölgə vəziyyəti dəyişə biləcək imkanlar yarada bilər.
Paşinyan bildirib ki, layihə sayəsində Bəsrə və Oman körfəzləri ilə Qara dəniz arasında açıq kommunikasiya xətləri, həmçinin Xəzər dənizi və Aralıq dənizi arasında yeni rabitə aradılacaq, Ermənistan üçün yeni imkanlar formalaşacaq./teleqraf
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















