“Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır

Rusiya Federasiyası regionda keçirilən son seçkilərdən sonra öz strategiyasını yenidən nəzərdən keçirir və Moldova Respublikası da daxil olmaqla müxtəlif ölkələrdəki siyasi proseslərə müdaxilə etməyə davam edəcək.
Bunu Moldova Prezidenti Maya Sandu yerli mətbuata açıqlamasında deyib.
Sandunun sözlərinə görə, Moskva diqqətini seçkilərin yaxınlaşdığı digər ölkələrə yönəldir, xüsusilə postsovet məkanında və hətta inkişaf etmiş demokratiyalarda nəzarəti və təsirini qorumağa çalışır.
"Rusiya Federasiyası hələ də öz strategiyasını korrektə edir. Onlar belə nəticələr gözləmirdilər və indi planlarını yenidən nəzərdən keçirməyə çalışırlar. Onlar seçkilərin keçirildiyi digər ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar hakimiyyəti ələ keçirməyə çalışacaqlar", - Maya Sandu müsahibəsində qeyd edib.
Press-fakt




















