HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”

“İslam Rzayevin saxlanılması ilə bağlı hazırda hər hansı məlumat verə bilmərəm”.
Bu sözləri Balakən Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı İslam Rzayevin vəkili Elvin Əliyev deyib.
Vəkil bildirib ki, hazırda məsələ ilə bağlı açıqlama verməyi məqsədəuyğun hesab etmir:
“Bilirsiniz, hazırda istintaq işi aparılır. Mənim nəsə deməyim istintaqın gedişatına mane ola bilər. Bir onu deyə bilərəm ki, İslam Rzayevin səhhətində problem yoxdur, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.
Press-fakt
Oxunub: 21
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	




















 
							 
							 Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT:
  Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: 
							