Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Putin prezident titulundan MƏHRUM EDİLİR
  • Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
  • Putin Alyaska səfərinə görə “sevincək olub”- Rusiya başçısı son 3 ildə hansı ölkələrə gedib?
  • Putin qalib gəldi və Qərbin zəif nöqtəsini tapdı
  • Rusiyada BU TARİXDƏ müharibə başlayacaq
  • “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?

    • Tarix: 31-10-2025, 14:00

    How Putin Criminalized Journalism in Russia | The New Yorker

    Faşist Almaniyasının məşhur bir şüarı olub: “Bir xalq, bir dövlət, bir fürer”. Putin Rusiyasında hakim siyasi qüvvənin qulluğunda duran qatı şovinist-millətçi LDPR başçısı Leonid Slutskinin Putinlə bağlı şüarında da təxminən eyni şey deyilir: “Bir ölkə, bir prezident, bir qələbə...”

    Kimsə bu cür paralelləri doğru saymaya bilər. Amma Putinin Taker Karlsona müsahibəsində açıq şəkildə Hitlerin Polşanı işğalına haqq qazandırmasını xatırlamaq kifayətdir: “Dansiq koridorunu vermədiklərinə görə polyaklar Hitleri məcbur etdilər ki, Polşada İkinci Dünya müharibəsinə başlasın”. Putin Ukraynaya qarşı işğalçılıq müharibəsi barədə danışarkən də eyni şeyi deyir. Deyir ki, onu bu savaşa başlamağa məcbur etdilər. Yəni, digər ölkənin, xalqın suverenliyinə, dövlətçiliyinə baxış və işğalçılığa haqq qazandırmaq üslubu, prinsipi və bəhanəsi Hitlerinkindən qətiyyən fərqlənmir...

    Əslində, slavyanlar başa düşsə, Hitlerdən sonrakı son 100 ilə yaxın müddətdə slavyan xalqlarını böyük həvəslə qırğına verən, onların şəhərlərini, kəndlərini yer üzündən silən, viran qoyan, milyonlarla insanını didərgin salan ikinci lider məhz Putindir... 


    Bu, ukraynalılar qədər rusların və bütünlükdə slavyan xalqlarının faciəsidir. Bu faciənin adı nə NATO, nə Avropa İttifaqı, nə də bütünlükdə Qərbdir. Bu faciənin adı Putin və onun Rusiyanın mənəvi zibilliyindən tapıb çıxardığı, eləcə də Piterin tin-bucağından yığıb başına topladığı talançı dəstədir. Məhz Putin və ətrafı rus xalqının içindəki olan-qalan mərhəmətini, sülh istəyini, elmə, yaradıcılığa, mədəniyyətə, ədəbiyyata həvəsini, istedadını və digər işıqlı məqamları bir kənara ataraq, onun içindəki iblisi - şovinizmi, imperiyaçılığı, qatı millətçiliyi, irqçiliyi, saxta böyüklük ədasını, ətrafdakılara yuxarıdan aşağı baxmaq mərəzini, diktatura, təcavüz, savaş həvəsini körüklədi və alovlandırdı...

    Bütün bunların nəticəsidir ki, indi Putinin ən böyük silahı “Burevestnik”, “Paseydon”, “İskəndər” və s. yox, məhz rusların “çar sevgisi” və öz taleyinə biganəliyidir. Məhz bunun sayəsində Putin hər gün minlərlə rusiyalını Ukrayna çöllərində ölümə göndərir. Hər gün Rusiyaya Ukraynadan yüzlərlə meyit, bundan iki-üç dəfə artıq yaralı gətirilir və bu xalq hələ də Putinin onun genefonduna vurduğu sarsıdıcı zərbəni hiss və dərk edə bilmir. Əvəzində, axşam ucuz araqdan içən ruslar səhər “paxmel” vəziyyətdə “voenkomat”a gələrək, pul müqabilində ordu ilə müqavilə bağlayır, nə vaxtsa “qardaş” adlandırdığı ukraynalıları öldürməyə yollanır. İki-üç həftədən sonra isə sınıq-salxalq evdə bomj həyatı yaşayan ailəsinə ya meyiti, ya da qolu-qıçı yox vəziyyətdə özü qayıdır... Ancaq bütün bunların fonunda, sadəcə, öz hikkəsinə və fantaziyalarına milyonlarla rusiyalı və ukraynalının həyatını qurban verən Putinin 73 yaşı münasibətilə Nijni Novqorodda 73 hamilə qadın havaya 73 şar buraxaraq, “çar”ın ad gününü təbrik edir. Yəqin ki, bu qədər miskin, primitiv və eybəcər şəxsiyyətə pərəstiş səhnəsi Şimali Koreya liderinin və onun nökərlərinin belə ağlına gəlməzdi...


    Hələ 2007-ci il Münhen nitqi Putinin və ətrafının seçim anı və nöqtəsi idi. Amma Qərbdəki merkellər, buşlar, obamalar, sarkozilər və s. bunu anlayacaq və bunun qarşısını vaxtında alacaq çapda və ağılda deyildilər. Məhz onların yarıtmaz və yaramaz siyasətinin altını hazırda Ukrayna, Avropa və bütün dünya çəkməkdədir. Məhz bunun nəticəsidir ki, Putin və onun ətrafındakı medvedevlər, solovyovlar, mardanlar kimi məsuliyyətsiz, küçə əxlaqlı, mədəniyyətli, təfəkkürlü əyyaşlar o qədər “şişdilər” ki, hazırda dünyanı nüvə kollapsı ilə təhdid edirlər. Hələ 2014-cü ildə Duma sədri Vyaçeslav Volodin “Putin yoxdursa, Rusiya da yoxdur, Putin var, Rusiya da var” deyəndə və rus cəmiyyəti bu şüarı həzm edəndə, Rusiyanı qarşıda nələrin gözlədiyini anlamaq çətin deyildi. Tolstoyun, Çexovun, Mendeleyevin, yaxud Pyotrun, Qroznının, Stalinin və s. ağlına belə gələrdimi ki, bir gün onların əsəri olan Rusiyanın mövcudluğu incidilmiş uşaq travmaları ilə yaşayan, fiziki və mənəvi göstəriciləri, bilikləri böyük şübhə doğuran, özünü olduğundan daha yüksəklərdə görən və göstərən, eyni zamanda, ətrafını Rusiyanı talayan, oğru, yırtıcı, saxtakar dostları ilə dolduran, boyu metr yarımdan bir qədər artıq hansısa təsadüfi, sıradan bir boz KQB əməkdaşının var olub olmamasından asılı olacaq? Rusiya öz zəngin tarixi, dahi yazıçıları, alimləri, rəssamları, musiqiçiləri, tarixi şəxsiyyətləri və s. ilə əsrlər boyu bunun üçünmü çalışıb?

    Özünü I Pyotr və Stalinlə bir səviyyədə görmək istəyən Putinin bu adamlardan fərqli olaraq heç bir ideologiyası, prinsipi, gələcəyə strateji baxışı və düşüncəsi olmayıb və yoxdur. O, müharibə başlayanda bəri 27 generalını həbs etdirib. Ancaq bu həbslər hansısa hərbi, ideoloji motivli, yaxud onların tabeçiliyindəki hərbçilərə qarşı haqsızlıqlarla deyil, “rəhbərdən xəbərsiz” oğurluqlarla və talançılıqlarla bağlıdır. Əvəzində, rus ordusunda rusların bir-birini qətlə yetirməsi, yaxud komandirlərin öz əsgərlərini “sıfırlamasına” dair təkcə rəsmi statistikaya görə, istintaq orqanlarında 12 mindən artıq cinayət işi var. Və bu cinayət işləri real hadisələrin heç yüzdə birini belə əhatə etmir...


    Finlandiya Prezidenti Aleksandr Stubb Putini “strateji axmaq” adlandırıb. Doğrudan da, Rusiya öz imperiya tarixi ərzində bu gün Çinin qucağında oturduğu, ondan asılı olduğu qədər heç vaxt başqa dövlətdən, özü də onun torpaqlarına, sərvətlərinə göz dikən dövlətdən asılı olmayıb. Yaxud, NATO heç vaxt Finlandiya və İsveçin timsalında indiki qədər Rusiya sərhədlərinə yaxın, hətta onun “burnunun dibində” olmaylıb. Baxmayaraq ki, Putinin müharibəyə başlama bəhanələrindən biri, bəlkə də birincisi elə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması idi. Əslində isə Putinin Ukraynaya qarşı işğala başlamaqda əsas məqsədi 2014-cü il Krım ilhaqına bənzər bir qısa əməliyyat keçirib, uzun illərdir “qaza gətirilən” rus cəmiyyətinin gözündə öz hakimiyyətinin reytinqini qaldırmaq, ömrünü uzatmaq, özünü daha qüdrətli və rahat hiss etmək idi. Məqsəd həm də Ukrayna ram ediləndən, onun şərqi tamamilə Rusiyanın sərhədlərinə daxil ediləndən və qalan hissəsi də Belarus kimi İttifaq Dövlətinə birləşdiriləndən sonra bütün digər keçmiş SSRİ respublikalarını da bu ittifaqa cəlb etmək, yeni SSRİ yaratmaq və tarixə düşmək idi. Ancaq alınmadı və alına da bilməzdi. Stubb həm də buna görə Putini strateji axmaq adlandırır...

    Bütün bu uzun-uzadı yazdıqlarımız ilk növbədə Azərbaycan və Azərbaycanda Rusiya, hətta SSRİ eşqi ilə yaşayanlar, eyni zamanda, ermənilərin Azərbaycana qarşı soyqırımlarının, qətliamlarının arxasında hər zaman Rusiyanın dayandığını anlamayanlar, yaxud anlamaq istəməyənlər üçündür. Unutmasınlar ki, 30 ilə yaxın davam edən erməni işğalının 20 ili Putin dövrünə aiddir və bu işğal onun ermənilərə dəstəyi üzərində dayanırdı. Bərdənin, Gəncənin digər şəhərlərimizin bombalanması, dinc sakinlərimizin qətliamı da Putinin və Rusiyanın birbaşa dəstəyilə həyata keçirilib. Sülhməramlı adı altında Qarabağa soxulan da Putin və onun qoşunu olub. Rusiyada azərbaycanlıları aşağılayan, təhqir edən “hüquq-mühafizə orqanları” da, Ukraynadakı Azərbaycanın enerji obyektlərini bombalayan hərbçilər də Putinin əmri ilə hərəkət edir və sair. Amma bizdə hələ də onu dəstəkləyənlər, məsələn,  İlham Rəhimovun adını belə çəkmək istəmədiyimiz “cib politoloqu” da daxil olmaqla, saysız-hesabsız nüfuz agentləri var. Həmçinin, Azərbaycanda Putini dəstəkləyən İran aşiqləri - “müsəlmanlar” da var. Ancaq bunlar unudur ki, zamanında Çeçenistandakı din qardaşlarını kütləvi şəkildə qıran, Suriyada dinc müsəlmanların başına bombalar yağdıran və açıq qətliam törədən də Putinin əmri ilə hərəkət edənlər olub...

    Bu gün az-çox başını və ağlını itirməyən az sayda da olsa rusiyalı anlayır ki, Volodinin şüarının əksinə olaraq, nə qədər ki, Putin var, normal Rusiya yoxdur və olmayacaq. Əvəzində, gələcəyi əlindən alınmış, talan edilmiş, bugünü, hətta keçmişi də lənətlənən, “izqoy” halına salınmış Rusiya var. Nə qədər ki, Putin var, hakimiyyətdədir və nə qədər ki, rus cəmiyyətinin məhz belə liderlərə tələbatı olacaq, sivil dünyanın görmək istədiyi və əksər rusiyalının özünün yaşamaq istədiyi normal, inkişaf etmiş, sülh və əminamanlıq dolu Rusiya olmayacaq.

    Tanınmış rusiyalı yazıçı, hazırda mühacirətdə yaşayan Boris Akuninin dediyi kimi, Rusiyanın ən böyük bəlası və faciəsi əsrlər boyu imperiya olması və hazırda da imperiya olmaq istəməsidir. Akunin hazırkı Rusiyanı başı kəsilmiş və həyətdə qaçaraq ətrafa qanını sıçradan toyuğa bənzədir. Onun da dediyi kimi, bu toyuq artıq ölümə məhkumdur və ondan qartal düzəltmək cəhdlərinin heç bir mənası yoxdur, hər nə qədər Putin kimilər bunun üçün çalışsalar belə...

    Cəlal Məmmədli


    Oxunub: 92
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.