Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
Moskva məhkəməsi tanınmış rus tarixçisi və maarifçisi Tamara Eydelman barəsində qiyabi həbs qərarı çıxarıb. Şəhər prokurorluğunun məlumatına görə, ona “nasizmin reabilitasiyası” və “ordu haqqında yalan məlumatların yayılması” ilə bağlı iki epizod üzrə ittiham irəli sürülüb.
İttiham tərəfinin versiyasına əsasən, 2024-cü ilin may ayında Eydelman öz müəllif proqramında “İkinci Dünya müharibəsi dövründə SSRİ-nin fəaliyyətinə dair neqativ fikirlər” səsləndirib.
Prokurorluq əlavə edib ki, 2024-cü ilin iyulunda tarixçi “etibarlı məlumat kimi təqdim olunan, lakin bilərəkdən yalan olan məlumatları” Rusiya ordusu haqqında ictimai şəkildə yayıb.
Tamara Eydelman Rusiyanın əməkdar müəllimidir, uzun illər Moskvadakı məktəblərdə tarix fənnini tədris edib. O, həmçinin 1,8 milyon abunəçisi olan tarixi YouTube kanalının müəllifidir.
Rusiya hakimiyyəti Eydelmanı 2022-ci ildə “xarici agent” kimi tanıyıb. O, hazırda Rusiyada yaşamır.
Press-fakt





















