Nevada səhrasında 315 nəfərin külü TAPILDI
ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.
Xarici media xəbər verir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.
Küllərin yanında heç bir nişanə və ya sənəd olmayıb. Bu da ölənlərin şəxsiyyətini müəyyənləşdirməyi praktiki olaraq qeyri-mümkün edib.
Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qabların parçaları tapılıb.
Qalıqların həqiqətən insanlara aid olduğu rəsmən təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş:




















Azərbaycanda DƏHŞƏT: