Ruslar öz əsgərlərinin məzarlarını yerlə-yeksan edirlər - VİDEO

Rusiyanın bir neçə bölgəsində Ukrayna ilə müharibədə həlak olmuş hərbçilərin dəfn olunduğu qəbiristanlıqların “yenidən abadlaşdırılması” adı altında məhv edildiyi faktlar qeydə alınıb.
Press-fakt xəbər verir ki, qəbirüstü xaçlar, şəkillər və lövhələr texnika ilə dağıdılıb, məzarlar torpaqla hamarlanıb.
Hadisələr harada baş verib?
Samara vilayətinin Nikolayevka qəsəbəsində Ukraynada həlak olmuş “Vaqner” döyüşçülərinin məzarlığı texnika ilə “şumlanıb”, xaçlar qırağa atılıb, torpaq səviyyəsinə gətirilib.
Sankt-Peterburq və digər bölgələrdə aparılan müstəqil araşdırmalara əsasən, azı 55 belə hadisə qeydə alınıb, bəzi qəbir daşları yandırılıb, üzərinə nasist rəmzləri çəkilib, memorial atributlar dağıdılıb.
Niyə bu hal narahatlıq doğurur?
Analitiklərin fikrincə, bu, sadəcə vandalizm və ya səhlənkarlıq deyil, həm də itkilərin miqyasını gizlətmək cəhdi ola bilər.
Çünki bəzi məzarlar “ad və soyadsız” kimi rəsmiləşdirilib.
Hadisələrin şahidlərindən biri deyib: “Onlar öz qəhrəmanlarını öz əlləri ilə torpağa basırırlar..
Bəs sonra ailələr, doğmalar nə etsin?”.
Rusiya rəsmiləri baş verənləri ya “qəbiristanlıqların yenidən abadlaşdırılması” kimi təqdim edir, ya da ümumiyyətlə şərh vermirlər.
Bəzi hallarda qəbiristanlıqların təhqiri maddəsi ilə cinayət işləri başlanıb, lakin hələlik məsuliyyət daşıyan şəxslər müəyyən edilməyib.





















Ukraynada ölən Rusiya hərbçiləri ilə bağlı ŞOK İDDİA: