“Bu, tarixi addımdır” –
ABŞ Prezidenti İsrail Baş nazirinə... müjdə verdi
ABŞ Prezidenti Donald Tramp Kosovonun İsraillə münasibətlərini normallaşdıracağını, Serbiyanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb.
O, əhalisinin əksəriyyətinin müsəlman olan Kosovonun da İsraillə ikitərəfli diplomatik münasibətlər quracağını deyib: “Yaxın Şərqdə sülh üçün önəmli bir gündür. Əhalisinin əksəriyyət müsəlman olan Kosovo İsraillə münasibətlərini normallaşma və diplomatik əlaqələr qurmaq məsələlərində anlaşdı. Çox yaxşıdır. İslam və ərəb ölkələri də bu prosesləri davam etdirəcək”, - ABŞ prezidenti vurğulayıb.
Prezident İsrail baş nazirinə Serbiya ilə yanaşı, Kosovonun da səfirliyini Qüdsdə açacağı müjdəsini verib.