Daha bir İCRA HAKİMİYYƏTİNDƏ - GƏNCƏDƏ YOXLAMALARA BAŞLANILDI

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır, Hesablama Palatası nəzarət tədbiri həyata keçirir.
Press-fakt xəbər verir ki, bu barədə “Ajans.az” məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.
Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:




















