Qurban Qurbanov: Futbolun nə olduğunu bu gün tam gördülər

"Öncəliklə bütün azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm idilər. Bu gün əsl bayram yaşadılar".
Press-fakt xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə qarşılaşmadan sonra deyib.
"Bəlkə də bu azarkeşlər üçün bu günə qədər olan ən həyəcanlı, ən keyifli bir oyun idi. Futbolun nə olduğunu bu gün tam gördülər, tam bildilər. Futbolçularıma təşəkkür edirəm. Sona kimi ruhdan düşmədilər, mübarizə apardılar, ayaq üstə durmağı bacardılar. Mən onların hansı hisslər keçirdiyini çox gözəl anlayıram. Bütün xalqımızı təbrik edirəm",- deyə o əlavə edib.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















