Hindistan hakimiyyəti:
Çin 5 hərbçimizi oğurlayıb
“Hindistan hakimiyyəti bildirib ki, Çin onların 5 hərbçisini oğurlayıb”.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Çinlə Hindistan sərhədində gərginlik qalmaqdadır. Məlumata görə, hərbçilərin oğurlanması Ladakh sərhəd bölgəsində vəziyyəti daha da ağırlaşdıra bilər.
Qeyd edək ki, bu il iyunun 15-də Ladakhın Qalvan vadisində iki ölkə hərbçilərinin toqquşması nəticəsində 20 hindistanlı hərbçi həlak olmuşdu. Çin tərəfi isə itkilərinin sayını açıqlamayıb.
Oxunub: 501
Xəbəri paylaş
Paylaş: