Bu əlamətlər varsa, demək, beyin bədəndən tez qocalır! - Həmən həkimə müraciət edin!
![]()
Beyinin vaxtından əvvəl qocalmasının 5 əlaməti açıqlanıb.
Press-fakt xəbər verir ki, nevroloq Derya Uluduz "El Eco" ilə müsahibəsində bu barədə danışıb.
Onun sözlərinə görə, bəzi əlamətləri həkim müayinəsi olmadan da müəyyən etmək mümkündür. 5 əlamət idrak funksiyasının pozulduğunu və beynin vaxtından əvvəl qocaldığını göstərə bilər:
"Narahatedici əlamətlərə "dilinizin ucunda" olan sözləri xatırlaya bilməmək, yeni materialı öyrənməkdə çətinlik çəkmək, oyandıqdan dərhal sonra gələn yorğunluq hissi, birdən çox tapşırıq yerinə yetirə bilməmək və unutqanlıq (məsələn, vacib görüşləri unutmaq və ya əşyaların yerini tapa bilməmək) daxildir.
Həkim bildirib ki, əgər bir şəxsdə bu əlamətlərdən ən azı üçü varsa, bu, onun beyninin bədənindən daha sürətli qocaldığını göstərə bilər.
"Nəticələr həyəcan vericidirsə, müayinə üçün həkimə müraciət etmək lazımdır. Yalnız mütəxəssis simptomların təbii qocalma, stress, yuxu pozğunluqları və ya nevroloji xəstəliklərin başlanğıcı ilə əlaqəli olub-olmadığını müəyyən edə bilər", - deyə mütəxəssis vurğulayıb.
Nevroloqun sözlərinə görə, beynin sürətlənmiş qocalma riski sağlam olmayan həyat tərzi, hava çirkliliyi, xroniki stress və xroniki yuxu çatışmazlığı ilə artır.





















