Rusiya hakimiyyətindən zəng etsələr... - Tixanovskaya
"Belarus müxalifəti Rusiya ilə əlaqə qurmağa hazırdır."
Bunu Belarusda keçirilən prezident seçkilərində namizəd olmuş Svetlana Tixanovskaya bildirib.
“Biz istənilən ölkə ilə dialoqa açığıq, buna görə də Rusiyadan zəng etsələr, əlbəttə ki, danışacağıq”, - o deyib.
Eyni zamanda, Tixanovskaya Rusiya hakimiyyətindən əlaqə üçün hər hansı təşəbbüs göstərilmədiyini də vurğulayıb.
Oxunub: 390
Xəbəri paylaş
Paylaş: