Kurts Ərdoğanı ittiham etdi -
Çavuşoğlunun cavabı
Avropa Birliyi və dəyərlərinə əsas təhdid Avstriya Baş naziri Sebastian Kurtsun təmsil etdiyi təhrif olunmuş ideologiyadır.
Bunu Avstriya Baş naziri Sebastian Kurtsun Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd edib.
"Düşmənçilik, irqçilik və antiislamizmə söykənən bu çirkin siyasət çağımızın xəstə zehniyyətidir", - o bildirib.
Qeyd edək ki, “Avronyus"da dərc edilən məqalədə S.Kurts AB sərhədlərini qorumaq və Yunanıstanla tam həmrəy olmağın zəruriliyini bildirərək, Ərdoğanı qaçqınlardan silah kimi istifadə etməkdə günahlandırıb.
Oxunub: 357
Xəbəri paylaş
Paylaş: