Rusiya istintaqa töhfə verməsə, tədbir görüləcək -
Maas
Rusiya yaxın günlərdə Aleksey Navalnı ilə bağlı hadisəni araşdırmaq üçün addım atmasa, Almaniya və tərəfdaşlarının əks-reaksiyası ilə qarşılaşacaq.
Bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.
“Rusiya hökumətinin bu ağır cinayəti araşdıracağını gözləyirik. Onun hücumla əlaqəsi yoxdursa, özü də bunu faktlar əsasında sübut etməkdə maraqlı olmalıdır” , - o deyib.
Oxunub: 545
Xəbəri paylaş
Paylaş: