BU RAYONUN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Başqa rayona təyinat aldı /DOSYE

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Press-fakt xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
E. İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
Qeyd edək ki, Asif Əsgərov 2024-cü ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. O, hazırda Milli Məclisin deputatıdır.
Qeyd edək ki, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunana qədər Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.
Məlumata görə, Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.




















