Moskvada koronavirus qurbanlarının sayı 4 900-ə çatır
Rusiyanın paytaxtı Moskvada daha 13 nəfər koronavirusdan ölüb. RİA "Novosti" xəbər verir ki, bu barədə Koronavirusla bağlı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, bununla da paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 4 891 nəfərə çatıb.
"Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət çıxdığı 13 nəfər vəfat edib", - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, ötən gün paytaxtda koronavirus qurbanlarının sayı 11 nəfər təşkil edib.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: