Ramiz Mehdiyevin kürəkəni jurnalisti təhdid etdi -
"Ona iki gün vaxt verirəm" /VİDEO
Bu gün azadlığa çıxan sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuata verdiyi açıqlamada jurnalisti təhdid edib.
BakuPost xəbər verir ki, İ. Əliyevin sözlərinə görə, saytlardan biri onun fotosunu paylaşaraq, "Kefim kökdü, kefimi pozmuram" yazıb. Sabiq deputat bununla bağlı xəbərdarlıq edib:
"O sayt iki gün ərzində mənim dediyim həmin sözlərin səs yazısını mediada yayımlamasa, onları tapıb cəzalandıracam. Deyilməyən sözə görə, insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır".
Oxunub: 527
Xəbəri paylaş
Paylaş: