"Ərəbləri Türkiyəyə qarşı qaldırmaq istəyirlər" -
İbrahim Qalın
Liviyada qiyamçı Haftarın hücumları davam edərsə, Berlindəki Liviya sammitinin bir mənası olmayacaq. Şərq Aralıq dənizindəki nefti Türkiyəyə əsassız ittihamlar irəli sürərək çıxarmağa çalışırlar.
Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
Onun sözlərinə görə, Liviyada Müəmmar Qəddafidən sonra yaşanan böhran davam edir: “Konstitusiyanın qurulması və nizami orduya keçid kimi məsələlərdə razılıq əldə edilsə də, Haftar Tripoliyə hücum etdi. Heç kəs Haftara “dayan” demədi. Daha sonra Liviya Milli Sülh Hökuməti bizdən yardım istədi. Biz də onlara “dəstəyə layiqsiniz” deyərək qarşılıq verdik. Türkiyə gedib Liviyanı işğal etmir. Xarici ölkələr “Türkiyənin orada nə işi var” deyib ərəb millətçilərini Türkiyəyə qarşı qaldırmaq istəyirlər”.
İbrahim Qalın ölkə daxilində xarici dövlətlərin Türkiyənin əleyhinə yönələn fikirlərinə dəstək verildiyinə də diqqət çəkib.