“Məhkəmə qərarı olmadan söküntü gedə bilməz” -
BŞİH-dən açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün bir müddətdir xaricdə qərarlaşan, Azərbaycan hökumətini sərt tənqid edən Qurban Məmmədova guya Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığıyla verildiyi iddia edilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli obyekt boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.
Oxunub: 471
Xəbəri paylaş
Paylaş: