Ombudsman Səbinə Əliyeva Tofiq Yaqubluya baş çəkdi
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.
Başçəkmə ilə bağlı Ombudsman Aparatı açıqlama yayacaq.
Qeyd edək ki, T.Yaqublu artıq 6 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.