Tibb Universitetindən 35 tələbə xaric edildi
Azərbaycan Tibb Universiteti 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.
Bu barədə Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurası qərar verib.
Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.
Globall.az
Oxunub: 440
Xəbəri paylaş
Paylaş: