Dünya növbəti pandemiyaya hazır olmalıdır -
ÜST xəbərdarlıq etdi
Dünya daha bir pandemiyaya daha yaxşı hazırlaşmalıdır.
“Reuters” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, dünya hökumətlərini ictimai səhiyyə sahəsinə sərmayə qoymağa çağırıb.
“Bu heç də son pandemiya olmayacaq. Epidemiyaların, pandemiyaların həyatımızın bir parçası olduğunu tarix bizə öyrədir. Lakin daha bir pandemiya gəlsə, dünya hazır olmalıdır, yəni indikindən daha yaxşı hazır olmalıdır”.
“Report” xatırladır ki, koronavirus pandemiyasına yoluxanların ümumi sayı 27,19 milyona çatıb ki, bunlardan 888 326 nəfəri dünyasını dəyişib.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: