Qurban Məmmədovun binasının söküntüsü dayandı -
FOTO/VİDEO
Bir müddətdir xaricdə qərarlaşan, Azərbaycan hökumətini sərt tənqid edən Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki beşmərtəbəli evinin söküntüsü dayandırılıb.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, söküntü işləri sentyabrın 5-də başlanılıb.
Binada yaşayanlar qeyd edib ki, əvvəlcə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları onlara binanı boşaltmaqla bağlı xəbərdarlıq ediblər. Daha sonra isə söküntüyə başlanılıb. Qısa bir müddət sonra isə söküntü dayandırılıb.
Qeyd edək ki, söküntünün dayanmasına səbəb kimi məhkəmə qərarının olmaması göstərilib.
Nərimanov Rayon Məhkəməsindən isə saytımıza məhkəmə qərarının olduğu və icraya yönəldildiyi bildirilsə də, icra şöbəsi məsələyə aydınlıq gətirməkdən imtina etdi./axar.az