Arif Hacılı: “Avropa Parlamenti Tofiq Yaqublunun işi üzrə qətnaməyə baxacaq”

Arif Hacılı
Qrupa hüquq müdafiəçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Arzu Abdulla də daxil olublar.
Müsavat Partiyasının rəhbəri Arif Hacılı deyib Avropa Parlamentinin b ALDE fraksiyası T.Yaqublunun azadlığa buraxılması tələbilə qətnamə qəbul edib və onu Avropa Parlamentinə təqdim edəcək.
Vəkil Nemət Kərimli bildirib ki, T.Yaqublunun səhhəti pisləşib. O həmçinin bildirib ki, T.Yaqublunun həyatına təhlükə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət göndəriləcək. Prosedura uyğun olaraq Avropa məhkəməsi bir neçə gün ərzində bu müraciətə dair qərar qəbul etməlidir.
Bundan əlavə, sentyabrın 7-dən Müsavat Partiyasının mənzil-qərargahında T.Yaqubluya həmrəylik aclığı davam etdiriləcək.
Əsasən AXCP üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elnur Məmmədov altı gündür ki, burada aclıq edirlər. Bundan əlavə, bu gün Müsavat Partiyasının üzvü Elman Quliyev də aksiyaya qoşulub.
Oxunub: 468
Xəbəri paylaş
Paylaş: