Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “Mitinqi Mehdiyev açmışdı...” – “İşdən çıxandan sonra başlayıblar “çırpmağa”, ayıbdır!”
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • “ƏLİ HƏSƏNOV KİMDİR Kİ?...” – Azər Həsrətdən maraqlı açıqlamalar (Müsahibə)
  • “Bu adam başı, zəkası, gücü ilə ötən əsrdə qalıb...”- “Moskva bütün məlumatları Mehdiyevdən alırdı”

    • Tarix: 8-09-2020, 10:47



    AMEA Prezidenti Ramiz Mehdiyevin ətrafında baş verənlər cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Sabiq PA rəhbərinin son 25 illik fəaliyyəti müasir cəmiyyətin gözü qarşısında olsa da, onun SSRİ zamanı Mərkəzi Komitədəki işi barədə çox danışılmır.
    R.Mehdiyevin fəaliyyəti barədə kifayət qədər məlumatlı şəxslərdən biri olan, SSRİ vaxtında Mərkəzi Komitədə işləyən, eləcə də müstəqillik illərində prezidentin mətbuat katibi postunu tutmuş Rasim Ağayev azpolitika.info-ya müsahibə verib. Həmin müsahibəni tədim edirik.

    - Rasim müəllim, Ramiz Mehdiyevi çoxdan və yaxşı tanıyan adamlardan birisiniz. Hazırda onun ətrafında baş verənlər və ümumiyyətlə onun fəaliyyəti barədə nə deyə bilərsiniz?

    - Əvvəla onu deyim ki, son zamanlar baş verənləri “Ramiz Mehdiyev fenomeni” adlandırardım. Çünki bacarıqsız, boz, heç vaxt ortaya uğurlu nəticə qoymayan adam belə böyük karyeraya malik oldu. Onun fenomeni bundan ibarətdir.

    Mən xatırlayıram, Mehdiyevi ilk dəfə Mərkəzi Komitədə görmüşəm. O zaman məni Xəbərlər və Mətbuat Agentliyinin direktoru təyin etmişdilər. Mehdiyev isə təbliğat məsələləri üzrə təlimatçı işləyirdi. Mehdiyev təlimatçı ola-ola ideoloji katibin köməkçisi oldu. Açığı, hər şeyə qarışırdı. Bir dəfə ideoloji katibin yanına gəldim, onunla söhbət edirdim. Qəfildən qapı açıldı, bir nəfər içəri boylandı və sonra çıxıb getdi. Qiliyev soyadlı həmin katibdən soruşdum ki, bu adam kimdir, nədən kabinetinizin qapısını açıb boylanır. O da cavab verdi ki, Ramiz Mehdiyevdir, köməkçimdir, ancaq yanıma kimsə gələndə dərhal birinci katib Heydər Əliyeviçə məlumat verir. İndi də gedib səndən məlumat verəcək. Mən də zarafata salıb dedim ki, nə gözəl, mənim barəmdə birinci katibə informasiya verən olmayıb, nəhayət, birinci katib mənim də adımı eşidib tanıyar, maraqlanar və bəlkə bunun mənə xeyri olar. İdeoloji katib də bildirdi ki, heç bir xeyri olmayacaq, çünki onun məlumatında heç vaxt pozitiv yanaşma olmur, daim neqativ nəsə tapır, şişirdilmiş və ya uydurduğu məlumatları verir. Mehdiyevlə ilk tanışlığımız belə olub...

    Bundan bir müddət sonra Moskvada işləyən müxbirləri müşavirəyə dəvət etmişdilər. O zaman mən də Moskvada çalışırdım. Mərkəzi Komitənin dəhlizində durub söhbət edirdik, bir-birimizi çoxdan görmədiyimiz üçün zarafatlaşırdıq. Qəfildən qapı açıldı və dəhlizdə Mehdiyev göründü, üzünü bizə tutaraq “Mərkəzi Komitədə belə danışmaq olmaz” dedi. Uşaqlardan biri ona sual etdi ki, niyə olmur, biz susmalıyıq? Mehdiyev də qayıtdı ki, gərək səsinizi aşağı salasınız, yüksəkdən danışmayasınız. Nəzərə alın ki, bura Mərkəzi Komitədir. O vaxtdan öz aramızda harada yüksəkdən danışsaq, qayıdıb deyirdik ki, uca səslə danışmaq olmaz, bura Mərkəzi Komitədir. Açığı, çoxları Mehdiyevi ciddi qarşılamırdı.

    Bir dəfə Mərkəzi Komitədə şöbə müdiri olan Teymur Əliyevlə danışırdıq. Uşaqlardan biri qayıtdı ki, Teymur müəllim, sizdə Ramiz Mehdiyev adlı şəxs işləyir, onu haradan işə götürmüsünüz, özünə çox arxayındır, özünü böyük vəzifə sahibi kimi aparır. Ancaq nə jurnalistikada, nə də ideoloji sahədə ona bələd deyilik. Bu adamın vəzifəsi nədən ibarətdir? Teymur Əliyev qayıtdı ki, onun vəzifəsini bir o bilir, bir də onu bura təyin edən. Mehdiyev belə adam idi.

    - Sizinlə münasibətləri nə zaman və niyə korlandı?

    - Bu hadisələrin üzərindən bir neçə il keçdi. Artıq mən Moskvada İctimai Elmlər Akademiyasında oxuyur və işləyirdim. Bizi Yerevanda keçirilən ümumittifaq müşavirəsinə dəvət etdilər. Mən Moskvadan getmişdim, Bakıdan da bir neçə nəfər gəlmişdi və Mehdiyev də onların arasında idi. Yəni bir yerdə idik. Konfrans-müşavirə zamanı mənə də söz verdilər.

    O dövrdə əsasən Yaxın Şərqdə baş verən hadisələri şərh edirdim. Çünki həmin illərdə Yaxın Şərqdə hakimiyyətlər dəyişirdi, yeni simalar ortaya çıxırdı, Yasir Ərəfatın adı yenicə hallanırdı. Mən də Yaxın Şərq mövzusunda çıxış etdim, Ərəfat haqqında danışdım, mənə ünvanlanan bəzi suallara izahlar verdim. Maraqlı müzakirələr oldu. Çoxu da bilirdi ki, mən o dövrdə Yaxın Şərq ölkələrinə tez-tez gedib-gəlirəm deyə verdiyim şərhlər real əsaslara söykənir.
    Məndən sonra çıxış edənlərin bəziləri də mənim fikirlərimə istinad edirdi. Axşam Ramiz Mehdiyevlə görüşəndə gördüm mənimlə danışmaq istəmir, özünü birtəhər aparır. Qayıtdım ki, Ramiz müəllim, mənim çıxışımla bağlı təəssüratınız necədir, Yasir Ərafat haqqında nə düşünürsünüz və s. Mehdiyev dedi ki, sizinlə bu barədə Mərkəzi Komitədə danışacağam. Mənsə dedim ki, Yasir Ərəfatın partiyaya nə dəxli, bu adam sovet vətəndaşı deyil, biz elmi konfransda fikirlərimizi deyirik və s. Masadan durub, çıxıb getdi. Ondan sonra Ramiz Mehdiyevlə görüşmədim. Başa düşdüm ki, xoşuna gəlmirəm.

    Moskvaya getdim. Bir neçə ildən sonra Bakıya gələndə artıq ideoloji katib Məmmədzadə soyadlı şəxs idi. Məni çağırıb dedi ki, istəyirik sizi yüksək vəzifəyə təyin edək. Bildirdim ki, bu yaxşı təklifdir, ancaq mən Moskvada işləmişəm və orada qalmaq istəyirəm. Ramiz Mehdiyev də orada oturmuşdu. Mən çıxıb gedəndən sonra Moskvada dedilər ki, sizin akademiyada qalıb işləmənizi istəyirik, ancaq Bakıda partiya təşkilatının razılığı olmalıdır.
    Bildirdim ki, bu, problem deyil, mən də kommunistəm və düşmən deyiləm. Bir müddət sonra məlum oldu ki, hamını təyin ediblər, ancaq mən havada qalmışam. Bakıda mənə dedilər istirahət et, yay bitəndən sonra dəvət edəcəyik. Yay bitdi və məni Mərkəzi Komitəyə çağıran olmadı. Onda ikinci katib Puqaçov idi. Gəldim onun yanına, dedim ki, əgər düşmənəmsə həbs edin, yox, sadəcə xoşunuza gəlmirəmsə, icazə verin gedim Moskvaya.
    Onsuz da Moskvada, eləcədə Türkmənistanda və Rostovda iş təklif edirdilər. Mehdiyev onda artıq şöbə müdiri olmuşdu. Kadr işlərinə o baxırdı. Puqaçova etiraz etdim. Dedi ki, Ramiz və digərləri toplaşıb orada əsasən intriqa ilə məşğul olurlar. Zəng etdi Tofiq Köçərliyə və dedi ki, Rasim Ağayevi işə götürə bilərsiniz? O da bildirdi ki, Rasimin çıxışlarını Bakıda və Moskvada dinləmişəm, razılıq verirsinizsə, göndərin gəlsin. Beləcə güclə işə götürdülər.



    - Yəni Mehdiyev Sizə hələ SSRİ vaxtında hər cür maneə yaradırdı...

    - Faktiki Mehdiyev və digərlərinin səyləri nəticəsində mən haradasa 2-3 ilimi itirdim. Əslində, gedib xaricdə işləyəcəkdim. Ancaq mənə mane oldular. Ən pisi odur ki, mənim yerimə göndərəcək adam da yox idi. Ancaq Mehdiyev tanışlarını göndərmək istəyirdi. Mən indi də o fikirdəyəm ki, o zaman Azərbaycanda kadr siyasətinə vurulan zərbə uzun müddət bizi axsatdı. Çünki çoxlu bacarıqlı adamları yaxına buraxmadılar, tanışbazlıq əsas siyasət oldu. Bu siyasətin başında da Mehdiyev dururdu.

    Düzdür, o, bütün addımlarını yuxarılarla razılaşdırırdı, amma o zaman Mehdiyev kadr siyasətində bir nömrəli şəxs sayılırdı. Son zamanlara qədər də belə gedirdi. Onu uzun müddət bu vəzifədə saxlamaq doğru deyildi. 30-40 il orada işləyib. Durub desin ki, işlədiyi müddətdə hansı yeniliyə imza atıb. Deyə bilməz!

    İndi də akademiyada işləyir. Əslində, Mehdiyev elmdən uzaq adamdır. Bir adam yoxdur ki, onun yazdığı kitabları götürüb oxusun və təhlil etsin. Bir müddət əvvəl onun elmi işindən məqalə gəlmişdi, rusdilli saytlardan biri vermək istəyirdi. Onun kitablarına baxdım. Yazdıqlarının elmə dəxli yoxdur. Aparata gələn arayışlardan kitab hazırlayır. Amma buna baxmayaraq vəzifədə idi, nə istəyirdi edirdi.

    - Maraqlıdır, sonrakı illərdə onunla üz-üzə gəldinizmi?

    - Müstəqillik illərində onu görmürdüm. Mən Mərkəzi Komitədə şöbə müdiri işlədim. O zaman müraciətləri olurdu. Səhv etmirəmsə, AMEA-da işləyirdi. Ancaq harada işləyirdisə ətrafına birtəhər adamlar toplaşırdı. Elə Mərkəzi Komitədə işlədiyi zaman da onun subyektivliyindən, yaltaqlığından daim danışırdılar.
    Mən işləyəndə artıq Mehdiyev Mərkəzi Komitədə yox idi. Artıq ab-hava dəyişmişdi, Mehdiyev də demək olar itib-batmışdı. Sonradan onu haradansa tapıb çıxardılar. Mən Mərkəzi Komitədə 1986-1991-ci illərdə işlədim. 1991-ci ildən sonra da onunla münasibətim olmayıb.

    - Bəs müstəqillik illərində münasibətləriniz necə olub?

    - Müstəqillikdən sonra Mehdiyev yenidən Prezident Aparatında peyda oldu. Hakimiyyətin ən güclü adamlarından biri hesab olunurdu. Mən də uzun illər Bakıda olmadım. Gedib Gürcüstanda və Moskvada işlədim. Ara sakitləşəndə gəldim Bakıya.

    - Və Bakıya gəldikdən sonra da həbs edildiniz...

    - Mən deyə bilmərəm ki, həbsimdə onun rolu olmayıb. Mənim həbsim zamanı Mehdiyev hakimiyyətdə əsas ideoloqlardan biri idi. Mümkün deyildi ki, bu prosesdə onun iştirakı olmasın. Heç bir günahım olmaya-olmaya məni həbs etdilər. Şəhv etmirəmsə 1996-cı il idi.

    - Sizcə, Ramiz Mehdiyevin “Rusiyanın adamı” olması haqda iddialar nə dərəcədə həqiqəti əks etdirir?

    - Rusiyanın adamı olması haqda fikirlər ola bilsin ki, bir qədər şişirdilib. Bəli, Mehdiyev hələ sovetlər vaxtı bütün işlərini Moskva ilə razılaşdırırdı. Onda qayda belə idi. Təbii ki, SSRİ dövründə Moskvada onu tanıyırdılar. Azərbaycanla bağlı bütün məlumatı ondan alırdılar. Ancaq mən deməzdim ki, o dövrdə Mehdiyev Rusiyanın etibarlı adamlarından idi. Mən işləyən dövrdə onu tanıyanlar Ramizin nəyə qadir olduğunu burada bildikləri kimi Moskvada da bilirdilər. Mən bir adam görməmişdim ki, Mehdiyev haqqında yüksək fikirdə olsun.

    - Söhbət müstəqillikdən sonrakı dövrdən gedir...

    - Bundan xəbərim yoxdur. Bilmirəm bunu orada kim dəstəkləyib. Amma sovet vaxtı onun Moskva ilə əlaqələri geniş idi. Ola bilsin ki, kimsə olub. Ancaq bunun nə dərəcədə yüksək səviyyədə olduğunu deyə bilmərəm.

    Açığı, mən düşünürdüm ki, o heç vaxt vəzifədən getməyəcək. Çünki Ramiz sistemin “məhsulu” idi. Sözsüz ki, onun yüksək idarəçilikdə qalması Azərbaycana böyük ziyan gətirirdi. Nəhayət ki, Azərbaycan ondan azad oldu. Bunun özü böyük şeydir. Çünki bu adam hər şeyi yerliçilik və tanışlıq üzərində qururdu. Bu amil müasir zəmanəmiz üçün gülüncdür.

    - Sizə elə gəlmirmi ki, Mehdiyevi yerliçilikdə ittiham etmək əsaslı deyil. Çünki bu şəxsin xanımı heç azərbaycanlı da deyil...

    - Bu, şəxsi məsələdir. Onda sovet dövrü idi. Bu, onun ruspərəstliyi ilə deyil, Moskvapərəstliyi ilə bağlı ola bilərdi. Ramizi əslində “böyük keçmiş” adlandırmaq da olar. Çünki bu adam başı, zəkası, gücü ilə ötən əsrdə qalıb. Müasir adam deyildi. Onu çoxdan götürmək lazım idi. Bu adam onunla siyasi yol keçən kadrları sıradan çıxarıb. Bu adam yüksək vəzifədə işləyib, əsas icraçı, bəzən ideoloq da olub. Ancaq durub desin ki, hansı ideyanı həyata keçirib, hansı siyasi təşəbbüslə çıxış edib. Onda belə şey olmayıb. Fəaliyyəti onu işdən çıxarıb, bunu qoymaq olub. 

    Rasim Əliyev 

    Oxunub: 735
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.