Dodon yenidən Moldova prezidentliyinə namizəd olacaq
Moldova Prezidenti İqor Dodon ölkənin sabitliyi naminə ikinci müddətə namizəd olmağa qərar verdiyini açıqlayıb.
Hazırkı dövlət başçısının namizədliyinin təsdiqlənməsi üçün imza toplama kampaniyası aparan təşəbbüs qrupunun qeydiyyata alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edilib.
“İlk səlahiyyət müddətimdə başladılan sosial-iqtisadi təşəbbüslərə davam etməliyik. İqtisadi və pandemiya böhranı şəraitində ölkənin və xalqın sabitliyə ehtiyacı olduğuna inanıram”,- Dodon bildirib.
Moldovada prezident seçkiləri 1 noyabrda keçiriləcək.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: