Tramp:
“Bayden ABŞ-da orta sinfi məhv edəcək”
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, hakimiyyətə Demokrat Co Bayden gələcəyi halda ölkədə orta sinif məhv olacaq və ətraf mühitlə bağlı vəziyyət pisləşəcək.
ABŞ prezidentinin sözügedən çıxışının videosu Ağ Evin rəsmi “Twitter” hesabında yerləşdirilib.
D.Tramp qeyd edib ki, onun administrasiyası ətraf mühitlə bağlı vəziyyəti yaxşılaşdıra biləcəyini hər gün sübut edir, eyni zamanda milyonlarla yeni yüksəkmaaşlı iş yerləri yaradır.
“Co Baydenin planı ABŞ-ın orta sinfini dağıtmaq, ətraf mühitin çirklənməsində dünya liderləri olan ölkələrə - Çin, Rusiya, Hindistan və.s. “pulsuz keçid” verməkdir. Onlar əvvəlcə öz ərazilərini təmizləsinlər”, - deyə D.Tramp qeyd edib.
Oxunub: 458
Xəbəri paylaş
Paylaş: