"Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq:
verilir, ya yox"
Vahid Əhmədov
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Onun fikincə, bu məsələ ilə bağlı Agentliklə dinləmələr keçirilməlidir.
Bundan başqa, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir: “Biz bu məsələni qaldırmaqdan yorulmuşuq. Məcəlləni biz qəbul etməliyik. Hər sessiyada bizə deyirlər ki, gələn sessiya hazır olacaq”.