Roma Papası seksi İlahi həzz adlandırdı

AFP agentliyi xəbər verir ki, bu barədə Papa Fransiskin kəlamları olan “TerraFutura” kitabında yazılıb.
“Zövq birbaşa Tanrıdan gəlir. O, nə katolikə, nə xristiana, nə də bir başqasına aid deyil, o, sadəcə olaraq İlahidir”, - Roma Papası qeyd edib.
Papa hesab edir ki, hissləri inkar edən “şişirdilmiş əxlaq” xristianlıq mesajlarını yanlış şərh etməkdir.
Katolik Kilsəsinin rəhbəri vurğulayıb ki, yemək ləzzəti insanın sağlam olmasına xidmət edir, cinsi ləzzət isə sevgini daha da gözəlləşdirir və insan nəslinin davamına xidmət edir.
Oxunub: 759
Xəbəri paylaş
Paylaş: