Hindistanda koronavirusa rekord sayda yoluxma qeydə alındı -
son sutka ərzində 97,5 min nəfər
Hindistanda son sutka ərzində koronavirusa rekord sayda – 97,5 min yoluxma halı qeydə alınıb. Bundan bir gün əvvəl yoluxanların sayı 96,5 min nəfər təşkil etmişdi.
Məlumatı ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.
Son məlumata görə, ölkədə koronavirusa yoluxan 4.65 milyondan çox şəxsin 3,62 milyonu sağalıb. Hazırda 958 mindən çox pasiyent xəstəxanalarda müalicə alır .
Son 24 saatda infeksiyadan 1 201 nəfər ölüb. Ümumilikdə isə ölkə üzrə koronavirusdan 77,4 min nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: